ain.az bildirir, Yenisabah portalına istinadən.
Keniyada hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda ən azı 10 nəfər həyatını itirib, onlarla insan isə xəsarət alıb.
Yenisabah.az yerli mətbuata istinadən xəbər verir ki, Etirazlara səbəb hökumətin təqdim etdiyi yeni vergi islahatları olub. Əhali bu islahatların sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdıracağından narahatdır. Aksiyalar ilk olaraq paytaxt Nayrobi və digər iri şəhərlərdə başlayıb, lakin daha sonra ölkə üzrə genişlənib.
Şahidlərin sözlərinə görə, polis etirazçılara qarşı gözyaşardıcı qaz və real güllələr tətbiq edib. Bəzi mənbələr təhlükəsizlik qüvvələrinin həddindən artıq güc tətbiq etdiyini bildirir. Pepperoni pizza
Kenya İnsan Haqları Komissiyası hadisələrlə bağlı araşdırma aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edir.
Xatırladaq ki, Keniyada bu tip etirazlar daha əvvəl də baş verib, lakin bu dəfəki aksiyalar ölkə miqyasında daha geniş və daha gərgin şəkildə davam edir.
Rəvan Rzazadə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.