AZ

Putin Andrey Nikitini nazir təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Andrey Nikitinin nəqliyyat naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Andrey Sergeyeviç Nikitin Rusiya Federasiyasının nəqliyyat naziri təyin edilsin”, - deyə sənəddə bildirilir.

Qeyd edək ki, iyulun 7-də Putin Nikitinlə görüşüb və onu karyerasında daha bir addım atmağı və nazir səlahiyyətlərini icra etməyi təklif edib. Daha sonra namizədlik Dövlət Duması tərəfindən nəzərdən keçirilib və təsdiq edilib.

Seçilən
9
4
axar.az

5Mənbələr