Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 8 iyul, AZƏRTAC
İslamofobiya bu gün dünyada ciddi və sistemli ayrı-seçkilik problemidir, demokratiyanın əsas prinsiplərinə – bərabərlik, din azadlığı və ədalətə ziddir. Bu problem təkcə qərəz deyil, həm də qanunvericilikdə, mediada və ictimai rəydə müsəlmanlara qarşı diskriminasiyaya yol açan təhlükəli tendensiyadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
İcraçı direktor vurğulayıb ki, problemin effektiv həlli üçün beynəlxalq əməkdaşlıq, maarifləndirmə, media və gənclərin iştirakı ilə birgə layihələr vacibdir.
O, Azərbaycanın islamofobiyaya qarşı mübarizədə göstərdiyi səylərdən də danışıb. Qeyd edib ki, Azərbaycan müxtəlif dinlərə və mədəniyyətlərə hörmətin təşviqində həm regionda, həm də beynəlxalq səviyyədə fəal rol oynayır. Ölkəmiz islamofobiya ilə mübarizədə beynəlxalq təşəbbüslər irəli sürür və bu məqsədlə böyük konfranslar, forumlar təşkil edir.
Rəvan Həsənov islamofobiyaya qarşı mübarizənin yalnız müsəlmanların deyil, bütövlükdə insan haqlarının və demokratiyanın müdafiəsi olduğunu xüsusi vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.