AZ

Putin yeni nəqliyyat naziri təyin edib

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin yeni nəqliyyat naziri təyin edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putinin fərmanı ilə bu posta Novqorod vilayətinin keçmiş qubernatoru və nəqliyyat nazirinin müavini Andrey Nikitin gətirilib.

Qeyd edək ki, ötən ilin may ayında bu vəzifəyə təyin olunan Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt dünən Putin tərəfindən istefaya göndərilib. İstefadan bir neçə saat sonra onun yaşadığı Odintsovo rayonunun ərazisində güllə yarası almış meyiti tapılıb. Starovoytun intihar etdiyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
9
apa.az

10Mənbələr