AZ

QHT insan alverinə qarşı mübarizəni gücləndirmək üçün tədbir keçirdi - FOTOLAR

Bu gün "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirirdyi "İnsan alverinə qarşı sosial mediada sayıqlılığın artırılması "layihəsinin icra planına uyğun olaraq insan alverinə qarşı effektiv mübarizədə media qurumlarının, sosial şəbəkə fəallarının, dövlət qurumlarının və QHT-lərin birgə fəaliyyətini gücləndirmək məqsədi ilə tədbir keçirdi.

QHT.az xəbər verir ki, bu barədə Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova məlumat verib. Onun sözlərinə görə, tədbirdə çıxış edən Bakı şəhər BPİ İcTİ-nin baş inspektoru, polis polkovniki-leytenantı Kəmalə xanım Ələkbərov, DİN-nin İnsan Alverinə Qaşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ibrahim Əhmədov, QHT sədrləri Bahar Qasımova, Ramiz Əliyev, Anar Xəlilovv, Mehriban Abdullayeva, Rüxsarə Axundova, Qəmzə Yusifova, Vüsalə Hüseynova, QHT.AZ saytının rəhbəri Cəsarət Hüseynzadə də öz çıxışlarında İnsan alverinə qarşı effektiv mübarizəni birgə əməkdaşlıqda gördüklərini vurğuladılar.

Tədbirin sonunda layihə çərçivəsində hazırlanan "Bir addm, bir həyat" videoçarxı nümayiş etdirildi.

Seçilən
21
qht.az

1Mənbələr