Baş Prokurorluq dünən Siyəzəndə 36 yaşlı qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı ilə bağlı açıqlama yayıb.
Mia.az xəbər verir ki, iyulun 7-si Bakı sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.