AZ

Makron ailəsində soyuq yellər əsir? – Kameralar hər şeyi çəkdi

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijit Makron arasında son tədbirdə yaşanan anlar ictimaiyyətin və medianın diqqətindən yayınmayıb.

Yenisabah.az NTV-yə istinadən xəbər verir ki, bastiliya qalasının ildönümü münasibətilə təşkil olunan tədbirdə Makronun həyat yoldaşının əlini uzatdığı, lakin Brijit Makronun bu jesti görməzdən gəldiyi və reaksiya vermədiyi görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hadisə Fransa mətbuatında "Makron cütlüyündə soyuqluqmu yaşanır?" sualını gündəmə gətirib. Sosial şəbəkə istifadəçiləri isə görüntüləri fərqli şəkildə şərh edərək müxtəlif ehtimallar irəli sürüblər. Bəziləri bunun sadəcə təsadüf olduğunu desə də, digərləri aralarındakı münasibətdə gərginlik ola biləcəyini iddia edir. pizza mizza

Qeyd edək ki, Makron cütlüyü əvvəllər də müxtəlif bədən dili və soyuq münasibət iddialarıyla mediada gündəmə gəlib.

Rəvan Rzazadə

 

 


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr