AZ

Xalq artisti Qurban Primovun 145 illik yubileyi qeyd olunub - FOTO

Beynəlxalq Muğam Mərkəzində tarzən, Xalq artisti Qurban Primovun 145 illik yubileyi qeyd olunub. Yubiley tədbirində Xalq artistləri Vamiq Məmmədəliyev, Elçin Həşimov, BMM -nin solistləri, Əməkdar artistlər Təyyar Bayramov, Elnur Zeynalov, Sevinc Sarıyeva, xanəndə Günay İmamverdiyeva, tarzən Kamal Nuriyev, gənc tarzən Asim Primov çıxış ediblər.

Tədbirdə tanınmış mədəniyyət xadimləri, musiqiçilər sənətkarın həyat və yaradıcılığından söz açıb, tarzənin Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlərdən danışıblar. Həmçinin tarzənin qızıl fondda qorunan ifaları videoformatda təqdim olunub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
32
50
milli.az

10Mənbələr