AZ

CHP sədrinin deputat toxunulmazlığının ləğvi ilə bağlı iddianamə TBMM-ə təqdim edilib

Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Özgür Özəlin deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı iddianamə Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Ankara Respublika Prokurorluğu CHP sədri Özgür Özəl haqqında istintaq başladıb.
İstintaqa əsasən, ona qarşı “cinayət törətməyə təhrik etmə” və “vəzifəsinə görə dövlət məmurunu təhqir və hədələmə” ittihamları irəli sürülüb.
Seçilən
29
6
sherg.az

10Mənbələr