Bakı. Trend:
"Google"un süni intellekt əsasında hazırladığı yeni nəsil videogenerasiya modeli "Veo 3" artıq 159 ölkədə istifadəyə verilib. Butexnologiya bəzilərinə görə kreativ azadlıq, digərlərinə görə isətəhlükəli bir gələcəyin siqnalıdır.
Texno-ekspert İlqar Şabanov Trend-ə bu yenilik barədə danışıb.
"Veo 3" əvvəlki versiyalardan fərqli olaraq sadəcə mətni vizualvideoya çevirməklə kifayətlənmir.
O bildirib ki, bu model artıq süni intellekt rejissoru rolunuoynayır:
"O, səhnəni özü qura bilir, fiziki hərəkətləri reala yaxınmodelləşdirir, təbiət səslərini və dodaq sinxronunu mükəmməlşəkildə təqdim edir. Hətta insan emosiyalarına uyğun nitqləryaradır. Bu, süni intellektin artıq "yaradıcı düşüncə" mərhələsinəkeçməsi deməkdir".
Onun sözlərinə görə, bu texnologiya ən çox yaradıcılıq və təhsilsahələrində inqilab yarada bilər:
"İndi bir ideyanı filmə çevirmək üçün nə studiya, nə də rejissorkomandası lazımdır. Bir neçə sətir yazı kifayətdir. Müəllimlərdərsləri animasiyaya çevirərək şagirdlərə daha maraqlı formadatəqdim edə bilər. Çoxdilli funksiyası da onu bütün dünyaya açıqedir".
Lakin hər texnologiyanın işıqlı tərəfi olduğu kimi, qaranlıqtərəfi də var. Ekspert xəbərdarlıq edir:
"'Deepfake" videoların sayı artacaq. Kiminsə adından saxtadanışan, reallığa bənzər videolar hazırlamaq daha asan olacaq.Müəllif hüquqları pozula, etik sərhədlər aşına bilər. Və əntəhlükəlisi - insanlar artıq öz yaradıcılıqlarına güvənməyib hərşeyi süni intellektə həvalə edə bilərlər".
İlqar Şabanov hesab edir ki, "Veo 3" həm fürsət, həm dəriskdir:
"Texnologiyanın özü zərərli deyil, onun istifadə forması zərərliola bilər. Ona görə də qanunvericilik, etik prinsiplər vəistifadəçi maarifləndirilməsi bu prosesin əsas dayaqlarıolmalıdır".