Demokrat.az xəbər verir ki, bunu "Medianın inkişafında ümummilli lider Heydər Əliyevin rolu" adlı konfransda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindəndir.
Onun sözlərinə görə, "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamında göstərildiyi kimi Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən "Media haqqında" Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib:
"Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq imkanının verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib. Mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırıb".
10Mənbələr
-
senzor.azƏhməd İsmayılov: Mediamız beynəlxalq əlaqələrini genişləndirib ( 19090768)
-
demokrat.azƏhməd İsmayılov: "Jurnalistlərin sosial müdafiəsi üçün görülən işlərin davamlılığı təmin edilib" ( 19072138)
-
hafta.azƏhməd İsmayılov: Mediamız beynəlxalq əlaqələrini genişləndirib ( 19067737)
-
baki-xeber.com"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir" ( 19066957)
-
tribunainfo.azƏhməd İsmayılov: Azərbaycanın sürətli inkişafı media gündəmini də zənginləşdirir ( 19066459)
-
news365.azMediamız beynəlxalq əlaqələrini genişləndirib ( 19066045)
-
modern.azMediamız beynəlxalq əlaqələrini genişləndirib ( 19066024)
-
azerbaijan-news.azMEDİA-nın İcraçı direktoru: Mediamız beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib ( 19065736)
-
ictimairey.azƏhməd İsmayılov: Azərbaycanın dünyada lider mövqeyinin güclənməsi media gündəmini zənginləşdirib ( 19065175)
-
modern.azMediamız beynəlxalq əlaqələrini genişləndirib ( 19065982)