AZ

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 10-da Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 7 gün davam edəcək yarışda Azərbaycanın 20 boksçusu mübarizə aparacaq.

Oğlan boksçulardan ibarət yığmanın heyətində Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram), Məhəmməd Rəsulov (50 kiloqram), Sadiq Musayev (52 kiloqram), Raul Heydərli (54 kiloqram), Əflatun İsmiyev (57 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Dəniz Zeynalov (66 kiloqram), Adil Zalov (70 kiloqram), Hüseyn Vahabov (75 kiloqram) və Səfdər Məmmədzadə (+80 kiloqram) rinqə çıxacaq.

Qız boksçular arasında isə Aylin Nəzərova (46 kiloqram), Gülər Hüseynova (48 kiloqram), Əminə Tağı (50 kiloqram), Cəmilə Muradlı (52 kiloqram), Zəhra Məmmədova (54 kiloqram), Aynur İsmayılova (60 kiloqram), Fidan Bəkarova (63 kiloqram) və Səma Abbasova (66 kiloqram) qüvvəsini sınayacaq.

Avropa birinciliyində Anar Nağdıyev hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, artıq Serbiyaya yollanan komanda Bakıya iyulun 17-də qayıdacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
1
azertag.az

2Mənbələr