İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünü açıqlayıb.
Viral.az xəbər verir ki, Benyamin Netanyahu bunu Ağ evdə Birləşmiş Ştatların dövlət başçısı ilə görüşündə deyib.
“Mən Nobel Komitəsinə göndərdiyim məktubu sizə təqdim etmək istəyirəm. Məktubda sizin sülh mükafatına namizədliyiniz irəli sürülüb. Siz buna layiqsiniz və onu almalısınız”, – deyə İsrailin hökumət başçısı bildirib.
Son Yazılar:
- Netanyahu Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb
- Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” TƏSDİQLƏNDİ
- Çin ordusu alman təyyarəsini lazerlə hədəfə ALDI
Benyamin Netanyahu, həmçinin Donald Trampın “dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq” səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.