AZ

"Nyukasl"dan 64 milyonluq transfer

"Nottingem Forest"in cinah oyunçusu Entoni Elanqa karyerasını "Nyukasl Yunayted"də davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər artıq transferin bütün detallarında razılıq əldə ediblər. 

Sövdələşmənin ümumi dəyəri 64 milyon avro təşkil edəcək. İsveçli futbolçu ilə də uzunmüddətli müqavilə üzrə razılıq əldə olunub.

23 yaşlı Elanqa "Nottingem Forest"ə 2023-cü ildə "Mançester Yunayted"dən 16 milyon avroya transfer olunmuşdu. O, ötən Premyer Liqa mövsümündə 38 matçda meydana çıxaraq 6 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
51
90deqiqe.az

1Mənbələr