AZ

110 nəfər suya görə xəstəxanalıq oldu

Dağıstanda sudan kütləvi zəhərlənmə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Dağıstanın Maqaramkent rayonunda baş verib, əksəriyyəti uşaq olmaqla 110 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, Dağıstanın beş yaşayış məntəqəsinin - Maqaramkent, Kuysun, Gilar, Qaptsax və Verxniy Tagirkent sakinlərində bağırsaq infeksiyası halları aşkar edilib.

İlkin məlumata görə, zəhərlənmə infeksiyanın su yolu ilə ötürülməsi ilə bağlıdır.

Faktla bağlı epidemioloji araşdırmalara başlanılıb.

Milli.Az

Seçilən
16
4
milli.az

5Mənbələr