AZ

Çin hərbçiləri Qırmızı dənizdə Almaniya təyyarəsini lazerlə vurmaq istəyib

Çin səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Operativ Media xəbər verir ki, buna səbəb Aİ-nin “Aspides” hərbi-dəniz missiyası zamanı baş vermiş insidentdir.

Almaniya XİN-in “X” sosial şəbəkəsində yayımladığı məlumata görə, Çin hərbçiləri Avropa İttifaqının “Aspides” missiyası çərçivəsində Almaniyaya məxsus təyyarəyə lazer yönəldiblər.

“Almaniya hərbi personalını təhlükəyə atmaq və əməliyyatın gedişatına maneə yaratmaq tamamilə qəbuledilməzdir. Bu səbəbdən Çin səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə məlumatda qeyd olunub.

Seçilən
40
operativmedia.az

1Mənbələr