AZ

Ordubadda yeni yaşayış məntəqələri və müasir mənzillərin tikintisi nəzərdə tutulur

Bakı. Trend:

Ordubad, Şahbuz, Culfa və Babək şəhərlərinin baş planlarıbeynəlxalq təcrübəyə əsaslanaraq yenilənir.

Trend-in xəbərinə görə, layihəni həyata keçirənİsveçrənin “SA Partners” şirkətinin nümayəndəsi Angela Wiest bubarədə ətraflı məlumat verib.

O bildirib ki, bu istiqamətdə işləri İsveçrənin “SA Partners”şirkəti həyata keçirəcək.

"Məqsəd şəhərlərin gələcək inkişafını düzgün planlamaq, tarixiirsi qorumaq və müasir şəhərsalma standartlarına uyğun yeni nəfəsgətirməkdir.

Xüsusilə Ordubadın baş planı xüsusi diqqət mərkəzindədir.Şəhərin özünəməxsus memarlıq üslubu, qədim məhəllələri və tarixiruhu layihənin əsas ilham mənbəyidir. Tarixi Sərşəhər kimiərazilərin qorunması prioritet hesab olunur. Eyni zamanda buməkanlarda müasir şəhərsalma prinsipləri tətbiq edilərək,sakinlərin rahatlığı üçün yeni həllər təklif ediləcək".

Şirkətin nümayəndəsi Angela Wiest layihə ilə bağlı bir sıravacib məqamları açıqlayıb.

O bildirib ki, baş planda yeni yaşayış məntəqələrinin salınmasıvə müasir standartlara cavab verən mənzillərin inşası nəzərdətutulur.

Bununla yanaşı, şəhərin tarixi hissələri ilə yanaşı müxtəliffunksiyalara malik yeni binalar, turizm infrastrukturu, inzibati vəictimai binaların tikintisi də planda əks olunacaq. Bütün buaddımlar Ordubad sakinlərinin həyat keyfiyyətini yüksəltməkləyanaşı, şəhərin funksionallığını da artıracaq.

Seçilən
8
5
az.trend.az

6Mənbələr