AZ

“İzzəddin əl-Qəssam” pusqu qurdu: İsrailin 5 əsgəri öldü

İsrail ordusu Qəzzanın şimalındakı Beyt Hanunda 5 əsgərin öldüyünü, 14 əsgərin yaralandığını açıqlayıb.

Publika.az xəbər verir ki, HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam” Briqadaları, Beyt Hanunda İsrail əsgərlərinə qarşı qurulan pusqu ilə bağlı Telegram hesabında paylaşım edib.

İsrailin Fələstin xalqına qarşı hücumları və müharibəsi davam etdikcə, əsgərlərin tabutlarının gəlməyə davam edəcəyi qeyd edilən yazıda "Ordunuzun reputasiyasını məhv edəcəyik" deyilir.

İsrail Ordusu Radiosu Beyt Hanunda irəliləyən piyada əsgərlərin yola qoyulan iki bombanın hədəfinə çevrildiyini bildirib. Hücum zamanı yaralanan əsgərlərin təxliyəsi üçün daha bir bölmənin göndərildiyi, lakin onların da atəşə tutulduğu və ölənlərin sayının artdığı üçün mürəkkəb təxliyə üçün əlavə qüvvələrin göndərildiyi bildirilib.

Seçilən
23
publika.az

1Mənbələr