Bakı. Trend:
Milli Məclisə daxil olan yeni qanun layihəsi ilə süni torpaqsahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədənsüni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi vətəşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur. Belə ki,süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədiləinvestisiya fəaliyyətinin həyata keçirilməsi üçün şəraityaradılması təmin edilir.
Trend xəbərverir ki, bu barədə parlamentin növbədənkənar sessiyasının bu günkeçirilən iclasında məlumat verilib.
Layihəyə əsasən, Azərbaycan Respublikasında kazino oyunları"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olanbölməsində süni torpaq sahələrinin yaradılması haqqında"Qanununtələbləri nəzərə alınmaqla yalnız süni torpaq sahələrində təşkiledilə və keçirilə bilər.
Bildirilib ki, süni torpaq sahələrində kazino oyunlarınıntəşkili və keçirilməsi vergi daxilolmalarının artmasına, ölkəninturizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasınaxidmət edəcək. Nəzərə alınmalıdır ki, hazırda AzərbaycanRespublikasının vətəndaşları kazino oynamaq üçün ya digər ölkələrəüz tuturlar, ya da onlayn kazino oyunlarına qoşulurlar. Kazinolaraicazənin verilməsi eyni zamanda "kölgə qumar"ın qarşısınınalınmasına xidmət edir. Məlumdur ki, hüquq-mühafizə orqanlarıtərəfindən ölkədə dəfələrlə gizli kazinolar aşkar olunub.
Vurğulanıb ki, kazinolara icazə verilməsi son dövrlərdə dünyadaböyük vüsət alıb. Kazino oyunlarına mövcud olan qadağanı ləğv edəndövlətlərin sayı son illər ərzində artmaqdadır. Bu ölkələrə misalolaraq Özbəkistanı göstərmək olar. Bununla yanaşı, Birləşmiş ƏrəbƏmirliklərində 2027-cı ildə ilk kazinonun açılması gözlənilir. Əsasgəlir mənbəyindən biri kazino oyunları olan ölkələr sırasındaMonako, Sinqapur, Filippini qeyd etmək olar. Azərbaycanla eynicoğrafi məkanda yerləşən Gürcüstan və Qazaxıstan da kazinobiznesindən xeyli məbləğdə gəlir əldə edir.
Qanun layihəsində kazino oyunlarının təşkil edilməsi vəkeçirilməsi ilə bağlı çox ciddi hüquqi tənzimləmə müəyyən olunub.Bu tənzimləmə kazino oyunlarının təşkil edilməsi üçün lisenziyanınəldə edilməsinə, habelə kazino oyunlarının təşkili və keçirilməsinəmünasibətdə xüsusi nəzarət mexanizminin yaradılmasını nəzərdətutur. Nəzarət kazino oyunlarının təşkil edilməsinə dairlisenziyanın əldə edilməsi üçün müraciət mərhələsindən başlayaraqoyunların keçirilməsi müddətində daimi həyata keçiriləcək.
Layihəyə əsasən, kazino oyunları kazino oyunlarınıntəşkilatçısının"Cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə haqqında" Qanunda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğutələblərinə cavab verməsi ilə bağlı nəzarət orqanının rəyi nəzərəalınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilənlisenziya əsasında təşkil edilir. Layihədə kazino oyunlarınıntəşkilatçısına da dair xüsusi şərtlər əks olunub.
Qeyd olunub ki, bu oyunların təşkilatçısı qismində yalnız hüquqişəxslər çıxış edə bilərlər. Eyni zamanda kazino oyunlarının təşkiliüçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyişərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə verilir.
Qanun layihəsində süni torpaq sahələrində kazino oyunlarınıntəşkili üçün dövlət rüsumunun məbləği müəyyən edilib, kazinooyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazinotəşkilatçısından tələb edilməsinə dair təminat təsbit edilib.Bununla yanaşı, layihədə kazino oyunlarının həyata keçirilməsi iləbağlı bir sıra qadağalar və məhdudiyyətlər əks olunub.
Əlavə edilib ki, kazino oyunlarının yalnız süni torpaqsahələrində təşkil olunması bu fəaliyyətin nəzarətli vəmərkəzləşdirilmiş formaya salınmasına imkan verir. Eyni zamanda, budəyişikliklərlə lisenziyalaşdırma, AML/CFT nəzarəti, reklam hüququ,vergi və rüsum tənzimləmələri, eləcə də hüquqi və inzibatiməsuliyyət mexanizmləri normativ əsasda təsbit edilir.
Bu yanaşma bir tərəfdən qeyri-leqal kazino oyunlara qarşımübarizə vasitəsi kimi çıxış edəcək, digər tərəfdən isə Azərbaycanıregionda kazino turizminə açıq və tənzimlənən ölkə kimimövqeləndirəcək. Eyni zamanda 21 yaşından aşağı şəxsləriniştirakının qadağan olunması, virtual kazinoların qadağan edilməsivə maliyyə əməliyyatlarına dair xüsusi tələblər risklərin minimumaendirilməsi baxımından əhəmiyyətli hüquqi təhlükəsizliktədbirləridir.
Beləliklə, qanun layihəsi iqtisadi və hüquqi baxımdan əsaslı vəmövcud normativ bazanın dəqiqləşdirilməsinə, eləcə də oyunbiznesinin leqallaşdırılması yolu ilə dövlət nəzarətininartırılmasına xidmət edir.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.