AZ

KİV: Tramp Zelenskiyə mümkün miqdarda hərbi yardım vəd edib

ABŞ prezidenti Donald Tramp iyulun 4-də Vladimir Zelenski ilə telefon danışığı zamanı onu əmin edib ki, Vaşinqton Ukraynaya öz prioritetlərini nəzərə alaraq mümkün qədər hərbi yardım göstərəcək.

Operativ Media-nın məlumatına gorə, bu barədə “The Wall Street Journal” (WSJ) Ağ Evdəki mənbələrə istinadən xəbər verib.

Mənbələrin bildirdiyinə görə, söhbət zamanı Tramp Zelenskiyə deyib ki, o, Ukraynaya müəyyən növ silahların tədarükünün dayandırılması ilə bağlı heç bir göstəriş verməyib və buna görə məsuliyyət daşımır.

Bundan əvvəl, iyulun 2-də “The New York Times” nəşri ABŞ-nin Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri, dəqiq idarə olunan döyüş sursatları, “Hellfire” idarə olunan raketləri və “Stinger” tipli insan tərəfindən daşına bilən raket sistemlərinin tədarükünü dayandıracağını bildirmişdi. Daha sonra, iyulun 3-də ABŞ prezidenti Vaşinqtonun Kiyevə hərbi yardımı davam etdirdiyini, lakin ABŞ-nin özünün də silaha ehtiyac duyduğunu qeyd etmişdi.

Tramp Zelenskiyə izah edib ki, o, İranın nüvə infrastruktur obyektlərinin məhv edilməsi əməliyyatından sonra ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) anbarlarında döyüş sursatlarının ehtiyatının yoxlanılması barədə göstəriş verib. Lakin o, Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı göstəriş vermədiyini bildirib.

Qəzetin mənbələrinin məlumatına görə, ABŞ Dövlət Departamenti və Konqresi Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı xəbərlərdən təəccüblənib.

Seçilən
21
36
operativmedia.az

10Mənbələr