AZ

Paytaxt şəhərinin adı rekordlar kitabına düşüb

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Moldovanın Kişinyov şəhər meriyası unikal bir incəsənət tədbirinin keçirilməsini dəstəkləyib. Bu tədbir çərçivəsində rəssam Mila Kuptor canlı efirdə, minlərlə tamaşaçının gözü qarşısında suyun üzərində özünəməxsus ustalıqla rəsmetmə texnikası ebru üsulu ilə 40 m²-lik əsər yaradıb.Reyting.az xəbər verir ki, bu nailiyyət xüsusi olaraq rəssamı izləyən və Böyük Britaniyadan Moldovaya gəlmiş Ginnesin Rekordlar Kitabının bir hakimi tərəfindən rəsmi şəkildə tanınıb.Kişinyov meriyası rəssamı əzmkarlıq, həm də yaradıcılığın bu ilhamverici nümunəsi münasibətilə təbrik edib. Meriyadan bildiriblər ki, əmək və həqiqi istedad Moldova incəsənətini ən nüfuzlu beynəlxalq səhnələrə çıxara bilər.Paytaxtın vitse-meri Anjela Kutaseviç bu unikal tədbirdə baş verən sevindirici və gözəl hadisəni Moldova Respublikasının müasir mədəniyyətində həqiqətən qeyd olunmağa layiq tarixi bir an adlandırıb. "Kişinyov canlı incəsənəti, istedadlı gəncləri və beynəlxalq əks-səda doğuran layihələri dəstəkləyən bir şəhər olaraq qalır",- deyə Kişinyov meriyasının məlumatında bildirilir.Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
reyting.az

2Mənbələr