AZ

Modern sənayeləşmə...

Azad edilmiş rayonlar iqtisadi inkişaf üçün fenomenə çevrilir

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları uğurla icra olunmaqdadır. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr ölkəmizin iqtisadi potensialının yüksəldilməsində əhəmiyyətli rol oynayır. Bu layihələr Qarabağda iqtisadi fəallığın və məşğulluğun artmasına mühüm töhfə verir. Sənaye zonaları işğaldan azad olunmuş ərazilərdə yerli iqtisadiyyatın dirçəldiliməsində mühüm alətlərdən biri hesab olunur.

Dünya təcrübəsi göstərir ki, sənaye məhəllələrinin və aqroparkların yaradılması  rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir.  Aqroparkların yaradılması həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Sənaye məhəllələrində və aqroparklarda fəaliyyət göstərən sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün genişmiqyaslı vergi güzəştləri mövcuddur.

Azərbaycan güclü sənaye mərkəzinə çevrilir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası üçün geniş imkanlar açdı. Onun sözlərinə görə, bu ərazilərin zəngin iqtisadi resursları və strateji potensialı ölkənin sürətli və dayanıqlı inkişafına mühüm töhfə verəcək: “Ölkəmizdə sənayenin yeni modellərinin tətbiqi dayanıqlı iqtisadi artım üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan iqtisadi şaxələndirmədə mühüm istiqamətlərdən biri də qeyri-neft sənayesinin inkişafıdır. Bu istiqamətdə yeni istehsal müəssisələri və iş yerləri yaradılır, sənayenin yeni üsul və texnologiyalarla inkişafına, əhalinin məşğulluq səviyyəsinin və rifahının yüksəldilməsinə əhəmiyyətli töhfələr verilir”.

İş yerlərinin artırılması üçün yeni imkanlar...

M.Məmmədov qeyd edib ki, Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm proqramlardan biri də modern sənayeləşmədir: “Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib. Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Artıq ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib.

Dövlət başçısının təşəbbüsü ilə yaradılmış sənaye zonaları yeni dövrdə sənayenin inkişafında mühüm rol oynayır. Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri, eləcə də aqroparklar, səmərəli mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır”.

Azad edilmiş ərazilərdə sənaye potensialı yüksəkdir

Deputatın sözlərinə görə, Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan ərazilərin azad edilməsi Azərbaycan iqtisadi imkanlarını daha da genişləndirməyə əlverişli şərait yaratdı: “İşğaldan azad edilmiş ərazilərin sənaye potensialı kifayət qədər yüksəkdir. İlkin baxışda zəngin su təchizatı, elektrik enerjisi, sənaye rekreasiya imkanları və zəngin faydalı qazıntılar azad olunan ərazilərin sənaye potensialının karkasını təşkil edir. Bu amillər onu deməyə əsas verir ki, azad edilmiş ərazilərin sənaye imkanları yaxın zamanlarda ölkə iqtisadiyyatında əlavə dəyər yaradacaq. Qarabağın dirçəldilməsi, sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli ərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Hazırda ənaye arkında 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda hazırda 9 müəssisə fəaliyyət göstərir. Logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” ənaye arkı dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli ərmanı ilə 200 hektar ərazidə yaradılıb. Hazırda ənaye arkında 16 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib”.

Yeganə

Seçilən
47
yeniazerbaycan.com

1Mənbələr