AZ

Lənkəranda sürücü yol qəzasında ölüb


Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə bu gecə Lənkəran-Lerik magistralının rayonun Darquba kəndində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü Lənkəran şəhər sakini Ülvi Firdovsi oğlu Vəlizadənin idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi Lerik istiqamətində hərəkətdə olarkən yol kənarındakı yük avtomobilinə çırpılıb.
Avtomobildə sıxılaraq qalan sürücü çıxarılaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Seçilən
7
10
baki-xeber.com

10Mənbələr