AZ

Bred Pittin yeni filmi 10 gündə rekord qırdı

Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzu Bred Pittin baş rolda çəkildiyi “F1: The Movie” ekrana çıxdıqdan sonra cəmi 10 gün ərzində dünya üzrə 293 milyon dollar gəlir əldə edərək, Apple Studios-un indiyədək ən çox gəlir gətirən filmi olub.

Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, “Top Gun: Maverick”in rejissoru Cozef Kosinskinin idarə etdiyi idman dramı, uzun fasilədən sonra trasa qayıdan Formula 1 pilotu Sonni Hayesi izləyir.

Pittlə bərabər filmdə Coşua rolunu Damson İdris, Keyt obrazını Kerri Kondon, Ruben rolunu isə Xavyer Bardem oynayır. Apple Studios tərəfindən istehsal olunan “F1: The Movie”, həmçinin Warner Bros tərəfindən yayımlanıb.

Film təkcə ABŞ və Kanadada 109,5 milyon dollar, beynəlxalq miqyasda isə 184,1 milyon dollar gəlir əldə edib. Aksiya dolu idman dramı dünya üzrə 293,6 milyon dollar qazanıb. Beləliklə, “F1 Movie”, kassada 158 milyon dollar qazanan Martin Skorsezenin Oskar mükafatına namizəd olan “Killers of the Flower Moon” filmini və 221 milyon dollar gəlir əldə edən Ridley Skottun meqa layihəsi olan “Napoleon” filmini geridə qoyaraq, Apple-ın kassada ən çox qazanan filmi olub.

Bu uğur Apple üçün kino investisiyalarında mühüm dönüş nöqtəsi ola bilər. Yüksək büdcələrinə baxmayaraq, kassada uğursuzluğa düçar olan əvvəlki istehsallardan sonra “F1 Movie”nin debütü kino sektorunda studiyanın gələcəyini müəyyən etməkdə təsirli ola bilər.

AppleTV+ rəqəmsal yayım platformasında “Severance” və “Ted Lasso” kimi məşhur seriallarla televiziya tərəfində uğur qazanan şirkət kinoda da oxşar sabitliyə nail olmağa çalışır.

Bununla belə, film hələ də qazanc əldə etməyib. İstehsal dəyəri 250 milyon dollardan çox olan “F1: The Movies”in tanıtımına təxminən 100 milyon dollar xərclədiyi təxmin edilir. Buna baxmayaraq, orijinal ssenarisi olan və yetkin tamaşaçılara xitab edən bir film üçün əldə edilən bu rəqəmlər Apple-ın sənayedə qalması üçün ümidvericidir.

İyunun sonunda açılışı olan film, açılış həftəsonunda 57 milyon dollar qazanaraq Apple-ın ABŞ-da ən çox satılan filmi olub. “F1 Movies” Çin, Böyük Britaniya, Meksika, Fransa və Avstraliya kimi ölkələrdə də böyük pullar qazanıb. Filmin IMAX kameralarında və əsl Formula 1 yarış mühitində çəkilməsi də böyük ekrana təsirini artırıb. Film təkcə IMAX nümayişlərindən dünya üzrə 60 milyon dollar qazanıb, ümumi gəlirinin təxminən 20 faizi bu formatlardan əldə edilib.

Seçilən
51
hafta.az

1Mənbələr