AZ

Orxan Hüseynzadə “Styaua” - “İnter” matçına təyinat aldı

AFFA-nın keçmiş əməkdaşı, “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə növbəti beynəlxalq oyuna təyinat alıb.

Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün 1-ci təsnifat mərhələsinin “Styaua” (Rumıniya) – “İnter” (Andorra) görüşündə UEFA nümayəndəsi Hüseynzadə olacaq.

Bu qarşılaşma Buxarest şəhərində yerləşən “Styaua” stadionunda keçiriləcək. İyulun 9-da baş tutacaq “Styaua” – “İnter” matçına Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub. O, 2004-cü ildə AFFA Beynəlxalq Əlaqələr Şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2004-2005-ci illərdə “Olimpik” FK-nın baş direktoru, 2006-2007-ci illərdə isə “Standard” FK-nın vitse-prezidenti vəzifəsində çalışıb. Hüseynzadə 2007-2011-ci illərdə AFFA Beynəlxalq Əlaqələr şöbəsinin direktoru vəzifəsində işləyib.

Seçilən
51
arena.az

1Mənbələr