Türkiyənin İstanbul şəhərində ictimai nəqliyyatda qeydə alınan görüntülər sosial mediada böyük rezonans doğurub.
Milli.Az xəbər verir ki, türk mediasında yayılan kadrlarda avtobuslarda həm gigiyena, həm də ictimai davranış qaydalarının kobud şəkildə pozulduğu açıq şəkildə görünür. Görüntülərdə bəzi sərnişinlərin ayaqqabısız oturması, yerə uzanması, ictimai əxlaq normalarına uyğun olmayan hərəkətlər etməsi ictimaiyyətin kəskin reaksiyasına səbəb olub. Bəzi istifadəçilər məsuliyyətli qurumların bu hallara qarşı nəzarəti gücləndirməli olduğunu qeyd ediblər.
Ekspertlər də bildirirlər ki, belə halların qarşısının alınması üçün cəmiyyətin maarifləndirilməsi və ictimai nəzarət gücləndirilməlidir.
Hazırda İstanbul Böyükşəhər Bələdiyyəsinin mövzu ilə bağlı hər hansı açıqlama verməyib.
Asya
Milli.Az