AZ

Rusiyada təcili kontrasepsiya dərmanları apteklərdən yoxa çıxıb

Rusiyanın apteklərində hamiləliyin qarşısını alan mifepriston maddəsi tərkibli dərmanlar satışdan itib. Bu maddə əsasən təcili kontrasepsiya üçün istifadə olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, artıq "Jenale" və "Ginepriston" kimi geniş yayılmış preparatları tapmaq mümkün deyil.

Ölkənin aparıcı aptek şəbəkələri – "Gorzdrav", "EApteka" və "Apteki.ru" – bu dərmanları tamamilə satışdan çıxarıb. "Rigla" şəbəkəsinin saytında üç fərqli məhsul göstərilsə də, onların heç biri hazırda mövcud deyil.

Jurnalistlər bir neçə dərman təchizatçısı ilə əlaqə saxlayıblar. Onların verdiyi məlumata görə, mifepriston maddəsi ilə bağlı dərmanlar artıq bütün Rusiyada yoxdur – bu maddənin təchizatı tamamilə dayandırılıb. İki aptek şəbəkəsinin nümayəndələri isə bildirib ki, təchizatın bərpası mümkündür, amma dəqiq vaxt bəlli deyil.

 

Musavat.com

Seçilən
20
6
musavat.com

10Mənbələr