AZ

Qarnından canlı ilan balığı çıxdı - FOTO

Çində bir kişinin qarnından canlı ilan balığı çıxarılıb.

Milli.Az xəbər verir ki, Çinin Hunan əyalətində güclü qarın ağrısı ilə xəstəxanaya müraciət edən 30 yaşlı kişinin qarnından canlı ilan balığı çıxarılıb.

Huaihua şəhərində baş verən hadisə zamanı xəstə təcili şəkildə əməliyyata alınıb. Hunan Tibb Universitetinin Birinci Klinik Xəstəxanasında aparılan kompüter tomoqrafiyasında balığın mədəni deşərək qarın boşluğuna keçdiyi müəyyən olunub. Həkimlər ölüm riski səbəbilə dərhal müdaxilə ediblər.

Əməliyyat zamanı canlı ilan balığının bağırsaq divarını deşib orqanlar arasında hərəkət etdiyi aşkarlanıb. Balığın qarın boşluğunda üzərək orqanlara yaxınlaşdığı bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Balığın kişinin bədəninə anal yolla daxil olduğu ehtimal edilir. Bu cür hallar, təəssüf ki, nadir də olsa daha əvvəl də Cənub-Şərqi Asiyada qeydə alınıb. Bəzi şəxslər bunu "ənənəvi müalicə üsulu" kimi təqdim etməyə çalışsalar da, həkimlər belə halların tamamilə təhlükəli və həyati riskli olduğunu bildirirlər.

Konkret bu hadisədə də, xəstə ilkin ifadəsində balığın təsadüfən daxil olduğunu desə də, müxtəlif ehtimallar və şübhələr istisna edilmir. Həkimlər balığın anal yolla daxil olub mədəni deşərək qarın boşluğuna keçdiyini təsdiqləyib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
32
50
milli.az

10Mənbələr