AZ

Ukrayna ordusu Krasnozavodsk kimya zavoduna hücum edib

Ukrayna ordusu Rusiyanın Krasnozavodsk Kimya Zavoduna hava hücumu edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Müəssisə pirotexniki vasitələr və döyüş sursatları, xüsusən də “Şahed” tipli PUA-lar üçün termobarik döyüş başlıqları istehsal edir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Moskva vilayətində yerləşən Krasnozavodsk Kimya Zavodu ikili təyinatlı komponentlərin, o cümlədən döyüş sursatı və sənaye partlayıcıları üçün elementlərin istehsalında ixtisaslaşıb. Müəssisə Rusiya müdafiə sənayesi üçün strateji əhəmiyyətə malikdir və Rusiya Müdafiə Nazirliyinin ehtiyaclarının ödənilməsi ilə bağlı obyektlər siyahısına daxildir.

Xəbər 2 dəfə oxunub.
Seçilən
39
xezernews.az

1Mənbələr