...Artıq çəki postmenopozal qadınlarda, xüsusən də ürək-damar xəstəlikləri varsa, döş xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu, ÜST yanında Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin tədqiqatçılarının gəldiyi qənaətdir.Onların 168 000-dən çox qadının məlumatlarına əsaslanan işləri “Sanser”. jurnalında dərc olunub.
Təhlil 6793 iştirakçıda döş xərçəngi diaqnozu qoyulmuş 10 ildən artıq bir izləmə dövrünü əhatə etmişdir. Məlum olub ki, hər əlavə 5 vahid bədən kütləsi indeksi (BKİ) ürək-damar xəstəliyi olmayan qadınlarda xəstəlik riskini 13 faiz, belə xəstəlikləri olanlarda isə 31 faiz artırır.
Yəni piylənmə ürək problemləri ilə birləşərək “ikiqat təhlükə” effekti yaradır.
Müəlliflər qeyd edirlər ki, tip 2 diabet ürək-damar xəstəliklərindən fərqli olaraq çəki və xərçəng riski arasındakı əlaqəyə əhəmiyyətli təsir göstərməyib. Piylənmə (BMI ≥ 25) və ürək problemlərinin birləşməsi ildə hər 100.000 nəfərə 153 əlavə döş xərçəngi hadisəsi ilə nəticələndiyi təxmin edilir. Nəticələri nəzərə alaraq, alimlər skrininq və profilaktikaya yanaşmaları yenidən nəzərdən keçirməyə çağırırlar: artıq çəki və ürək-damar xəstəlikləri olan qadınlara xüsusi diqqət yetirilməlidir.
Nazlı Almuradova