AZ

“Bizim futbolçular hələ ki ideal formalarından uzaqdırlar” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Metallist 1925” klubu ilə oyundan sonra fikirlərini bildirib. Msport.az xəbər verir ki, təxrübəli mütəxəssis hazırlıq prossedinin gedişindən razı qaldığını söyləyib:

“Çox yaxşı oyun alındı. Hər iki komanda oyunu iki fərqli heyətlə keçirdi. Bizim futbolçular hələ ki ideal formalarından uzaqdırlar. Rəqibin hazırlığı daha yaxşı idi. Onlar bizi daha sürətli oynamağa məcbur edirdilər. Oyun döyüşkən və dinamik alındı. Bu rəqibin artıq 3-cü hazırlıq matçı idi.

Komandamızda həm müsbət məqamları gördüm, həm də çatışmazlıqları. Yaxşı olan odur ki, 5 qol buraxmağımıza baxmayaraq, futbolçular əllərini yanlarına salıb təslim olmadılar, sona qədər mübarizə apardılar. İndi növbəti oyunlara hazırlaşacağıq. Oyun quruculuğunda problemlərimiz var. Bunu yoluna qoymağa çalışacağıq. Ümumilikdə komandamdan razı qaldım.

Avstriyada hazırlığln ilk 5 gününü müsbət qiymətləndirirəm. Futbolçularda bir az yorğunluq var idi, çünki yükləmə çox olmuşdu. Buna baxmayaraq, hamı həvəslə və məsuliyyətlə hazırlaşır. Bugünkü oyunun nəticəsi məni razı salmasa da, hazrlıq proqramının necə yerinə yetirilməsindən razıyam”.

 

 

 

Seçilən
17
44
msport.az

10Mənbələr