Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununa çıxıb. Msport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Ukrayna təmsilçisi “Metallist 1925″lə üz-üzə gəlib.
Yoxlama oyunu olduğu üçün görüş hər biri 30 dəqiqə olmaqla 4 hissədən ibarət olub. Matç Ağdam klubunun 4:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, Xarkov komandası yeni mövsümdən Ukrayna Premyer Liqasında çıxış edəcək.
“Qarabağ” – “Metallist 1925” – 4:5
Qollar: N.Axundzadə, 3 (1:0); Raşitsa, 11 (1:1); N.Axundzadə, 13 (2:1); Pançenko, 26 (2:2); K.Medina, 45 – avtoqol (2:3); Ramik Hacıyev, 71 (2:4); Moura, 82 – pen. (2:5); A.Kaşuk, 96 (3:5); E.Addai, 114 – pen. (4:5)
“Qarabağ”ın əsas heyəti: 99. M. Koxalski, 2. M. Silva, 81. K. Medina, 27. T. Bayramov, 18. Dani Bolt, 35. Pedro, 8. M. Yankoviç, 20. Kadi, 10. A. Zubir (k), 15. L. Andrade, 90. N. Axundzadə
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 6. Habib Qədirov, 30. Abbas Hüseynov, 26. Amin Rzayev, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cabralıyev, 11. Emmanuel Adai, 19. Mehdi Mütəllimli, 21. Aleksey Kaşuk, 17. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı