AZ

Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı

“sputnik
Bu gün Bakı məhkəməsi “Sputnik Azərbaycan”ın jurnalistləri İqor Kartavıx və Yevgeni Belousovun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətini təmin etməyib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Daxili İşlər Nazirliyi (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) əməliyyat keçirib.
Əməliyyat zamanı “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov saxlanılıb.
Daha sonra məhkəmə onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Seçilən
12
45
yeniavaz.com

10Mənbələr