AZ

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Britaniya hökuməti Ukrayna münaqişəsi ilə əlaqədar Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-mayor Aleksey Rtişşevə və onun müavini general-mayor Andrey Marçenkoya qarşı sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bu şəxslərin adı Britaniya hökumətinin saytındakı sanksiyalar siyahısına əlavə edilib.

Məhdudiyyətlərə Böyük Britaniyaya giriş qadağası və aktivlər aşkar edilərsə, onların dondurulması daxildir.

Bundan əlavə, Ukrayna münaqişəsinə görə Sergiyev Posad şəhərində yerləşən Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutu da sanksiyalar siyahısına əlavə edilib.

Seçilən
19
50
apa.az

10Mənbələr