AZ

Ukrayna Prezidenti Zelenski Çindən olan beş şirkətə qarşı sanksiyalar tətbiq etdi- ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenski Çindən olan beş şirkətə qarşı sanksiyaların tətbiqi ilə bağlı fərman imzalayıb. Olaylar.az xəbər verir ki, sənəd Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.
Sanksiyalar 10 il müddətinə qüvvədə olacaq və aşağıdakı tədbirləri əhatə edir: aktivlərin bloklanması, ticarət əməliyyatlarının qadağan edilməsi, aktivlərin Ukraynadan çıxarılmasına qoyulan məhdudiyyətlər, lisenziyaların - xüsusilə yeraltı sərvətlərdən istifadə icazələrinin - ləğvi və digər məhdudiyyətlər.
Qeyd edək ki, Zelenski mütəmadi olaraq Rusiya ilə əməkdaşlıqda ittiham olunan fiziki və hüquqi şəxslərə, eləcə də digər ölkələrdən olan və Rusiya Federasiyası ilə əlaqəli sayılan şirkətlərə qarşı sanksiya fərmanları imzalayır. Sanksiya siyahılarının hazırlanması ilə müvafiq nazirliklər və qurumlar məşğul olur, təkliflər verilir, daha sonra isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən yekun qərar qəbul olunur.
Kiyev eyni zamanda Qərb dövlətlərinə Rusiyaya qarşı sanksiyalarla bağlı öz təkliflərini daim təqdim edir və onların qəbuluna çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
32
olaylar.az

10Mənbələr