AZ

Kilian Mbappe "Real Madrid"in tarixində ilkə imza atdı

Klublararası dünya çempionatının 1/4 finalında "Borussiya Dortmund"a qarşı keçirilən matçda (3:2) möhtəşəm qola imza atan "Real Madrid"in hücumçusu Kilian Mbappe indiyədək görünməmiş klub rekorduna imza atıb.

Milli.Az xəbər verir ki, Mbappe bir mövsümdə "Real Madrid"in heyətində 7 müxtəlif turnirdə qol vurub. Bunu da indiyədək heç kim bacarmayıb.

Fransalı forvardın aktivində bütün turnirlərdə 58 matçda 44 qol var. O, La Liqada 31, Çempionlar Liqasında 7, İspaniya Kubokunda 2, həmçinin dörd turnirdə bir qol vurub: İspaniya Superkuboku, UEFA Superkuboku, klublararası dünya çempionatı və Qitələrarası Kubok.

Xatırladaq ki, Mbappe xəstəliyi səbəbindən 2025-ci il klublararası dünya çempionatının qrup mərhələsinin bütün oyunlarını buraxmışdı. Turnirin yarımfinalında "Real" fransalı futbolçunun keçmiş klubu PSJ ilə qarşılaşacaq.

 

Milli.Az

Seçilən
13
31
milli.az

10Mənbələr