AZ

Bizim vaxtımızda Məktubun dəyəri... Poçt qutusu insanların arasındakı inamı, hörməti qoruyurdu Video

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əvvəllər insanlar bir-birinə ürək sözlərini kağız məktublarda yazırdı. İnsanlar arasında etibar, güvən də var idi. İnsanların bir-birinə məktub yazması indi olduğundan daha yaxın və daha səmimi bir əlaqə yaratmışdı.

Məktub daha şəxsi idi və onu tərtib etmək, göndərmək daha çox vaxt və diqqət tələb edirdi ki, bu da nəticədə məktubu daha dəyərli edirdi.

Müasir dövrdə elektron poçt və sosial media məktubları əvəz etsə də, onlar əvvəlki kimi inam və yaxınlıq səviyyəsini təmin etmir. O dövrlərdə məktublar çox vaxt insanlar üçün öz düşüncələrini və hisslərini ifadə etmək, həmçinin şəxsi məlumatlarını paylaşmaq üçün bir yol idi. Bu, insanlar arasında daha dərin əlaqə yaratmağa imkan verirdi.

Keçmişdə məktublar etibarın və şəxsi əlaqələrin qurulmasında mühüm rol oynayırdı.

Məktub yazılır, poçt qutularına atılır və aylarla ondan cavab gözlənilirdi. Bu cavabın necə olacağı insanlarda yaşamağa həvəs və ümid yaradırdı.

Bu gün istədiyimiz insana sosial tətbiqlər üzərindən istədiyimizi yazır və dərhal cavab alırıq. Bəlkə elə buna görə də, xəyanətlər artır, bəlkə elə buna görə də insanların alternativləri çoxaldığı üçün bir insana bağlamaq istəmirlər həyatlarını və bağlanmaq qorxusuna qapı açırlar...

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
50
bizimyol.info

10Mənbələr