AZ

Ohanyanın qəddi də çökəcək

Nikol Paşinyan öz hakimiyyətinə potensial təhdid mənbəyi kimi gördüyü Rusiyayönümlü radikal müxalifəti, Moskvaya bağlı iş adamlarını, habelə uzun illər ərzində məhz Kremlin təlimatları əsasında türk millətinə, Azərbaycan və Türkiyəyə qənim kəsilmiş katolikosu və onun keşişlərini neytrallaşdırmağa, zərərsizləşdirməyə davam edir.

Paşinyanın hədəfində olan əsas qüvvələrdən biri də keçmiş “Qarabağ klanı”nın üzvləri, Xocalı cəlladlarıdır. Söhbət ilk növbədə  Robert Köçəryan, Serj Sərkisyan və Seyran Ohanyandan gedir.

Hazırda Ermənistan parlamentinin “Hayastan” müxalifət fraksiyasının rəhbəri olan keçmiş müdafiə naziri Seyran Ohanyan bu gün deputat toxunulmazlığından məhrum edilib.

Bununla bağlı parlamentdə səsvermə keçirilib və səsvermənin nəticələrinə əsasən, Ohanyanın həbsi üçün yol açılıb.

Yaxın günlərdə Ohanyana qarşı cinayət işi başlanacaq.

44 günlük müharibə dönəmində Xankəndidən siçovul kimi qaçıb canını qurtaran Seyran Ohanyanı qarşıda məhbəs günləri gözləyir. Yaxın gələcəkdə isə Bakı və İrəvanın həm Ohanyanın, həm də digər Xocalı qatillərinin Azərbaycana təhvil verilməsi istiqamətində danışıqlara başlaması da gözləniləndir. Qarabağda səddi şökən Ohanyanın qəddi də Ermənistanda çökəcək.

Ümumiyyətlə, Rusiyanın bölgədə mövcudluğuna son qoymaq və sülhə mane olmaq cəhdlərinin qarşısını almaq üçün Moskvaya bağlı qüvvələr Ermənistan və Azərbaycanın birgə səyləri ilə tam olaraq sıradan çıxarılmalıdır.

Seçilən
20
28
vaxt.az

10Mənbələr