Nihal Candanın anası Umut Candan qızı Bahar Candanın tezliklə evlənməsini istədiyini deyib.
BiG.AZ xəbər verir ki, o, türk mətbuatına bildirib.
"Bunun tək çarəsi var.Bahar təcili evlənməlidir. Bahar düzgün insanla evlənib uşağı olsa, Nihal yenidən doğular. Ən az 4 uşaq dünyaya gətirməsini istəyirəm. Bilirəm, Nihal mütləq gələcək. Bahar da qəbul etdi. Tezliklə görücü üsulu ilə evlənməsini istəyirəm. Halal süd əmmiş biri olsun. Başqa istəyim yoxdur" ,- deyə o bildirib.