AZ

Aİ Rusiyaya qarşı yeni – 19-cu sanksiya paketini hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, sayca 19-cu sanksiya paketi üzərində işə başlayıb.

Bu barədə Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə səlahiyyətli müşaviri Vladislav Vlasük jurnalistlərlə görüş zamanı məlumat verib.

Onun sözlərinə görə, yeni sanksiya paketində yalnız “kölgə donanması”na aid gəmilər deyil, həm də həmin gəmilərlə əməkdaşlıq edən liman infrastrukturu, gəmi kapitanlarıbokerlər (vasitəçilər) də hədəfə alınacaq.

“Burada yalnız ‘vessels’ (kölgə donanmasına aid gəmilər – red.) deyil, həm də onlarla işləyən limanlar, həmin gəmilərin kapitanları və vasitəçilik edən brokerlər nəzərdə tutulur”, – deyə Vlasük bildirib.

Qeyd edək ki, əvvəlki – 18-ci sanksiya paketində yalnız iki gəmi kapitanının sanksiya siyahısına salınması təklif olunmuşdu.

Yeni sanksiya paketinin məqsədi – Rusiyanın indiyədək mövcud olan sanksiyaları müxtəlif üsullarla pozmasının qarşısını almaq və bu prosesdə iştirak edən strukturları daha sistemli şəkildə hədəfə almaqdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
16
editor.az

10Mənbələr