Cari ildə Suriyanın ümumi daxili məhsulunda (ÜDM) 1 faiz artım qeydə alınacaq.
AZƏRTAC xəbər verir ki, bunu Dünya Bankı bu gün açıqlamasında bildirib.
Qeyd olunub ki, ötən il ölkə ÜDM-ində 1,5 faiz azalma olsa da, sanksiyaların yüngülləşdirilməsi bəzi ümidverici imkanlar yaradıb.
“Buna baxmayaraq, irəliləyiş hələ də məhduddur. Belə ki, aktivlərin dondurulması və beynəlxalq bank xidmətlərinə çıxışın məhdudlaşdırılması enerji təchizatını, xarici yardımı, humanitar dəstəyi, ticarəti və investisiyaları əngəlləyir”, - deyə bankın açıqlamasında bildirilir.