AZ

Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var

Rusiyanın Ryazan vilayətində yerləşən ictimai iaşə obyektində baş verən partlayış insan tələfatı ilə nəticələnib.

KONKRET.az xəbər verir ki, hadisə vilayətin Sobornaya küçəsində yerləşən kafelərdən birində qeydə alınıb. Partlayış nəticəsində bir nəfər həyatını itirib, daha üç nəfər xəsarət alıb. Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib, birinə isə hadisə yerində tibbi yardım göstərilib.

İlkin versiyaya görə, partlayış kafeyə atılan əl qumbarası nəticəsində baş verib. Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır, ərazi mühafizəyə alınıb.

Hadisə ilə bağlı rəsmi qurumlardan əlavə məlumat verilməsi gözlənilir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
12
17
konkret.az

10Mənbələr