AZ

Samuxda sürücü avtomobilini dərəyə aşırdı - Xəsarət alan var

SAMUX, 7 iyul. TELEQRAF

Samux rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qarayeri-Qara Arx qəsəbə yolunda qeydə alınıb.

Qəsəbə sakini 1966-cı il təvəllüdlü Ayaz Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirib. Nəticədə maşın dərəyə aşıb.

İlkin məlumata görə, qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Seçilən
8
21
teleqraf.com

10Mənbələr