Naxçıvanlı karateçi Rafiq Hüseynli (70 kq) beynəlxalq turnirdə gümüş medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, o, Türkiyənin Bursa şəhərinin Gemlik bölgəsində keçirilən “VI Gemlik Uluslararası Karate Turnuvası”nda fərqlənib.
Yarışda 8 ölkədən 2000-ə yaxın karateçi iştirak edib.
Naxçıvanda fəaliyyət göstərən “Qapıcıq” Karate-do İdman Klubunun üzvü olan R.Hüseynli turnirin kumite yarışlarında uğurla çıxış edərək mükafatçılar sırasına düşüb. O, 14-15 yaş kateqoriyası üzrə gümüş medala layiq görülüb.
Xatırladaq ki, Rafiq Hüseynli dünya şotokan çempionatlarının, o cümlədən beynəlxalq turnirlərin və ölkəmiqyaslı yarışların qalibi və mükafatçısıdır.