AZ

“Zirə” gürcüstanlı futbolçusu ilə müqavilə müddətini uzadıb

“Zirə” klubu gürcüstanlı futbolçusu Georgi Papunaşvili ilə müqavilə müddətini uzadıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla yeni 2 illik razılıq əldə olunub.

Yarımmüdafiəçi 2026/2027 mövsümünün sonuna qədər “Zirə”də çıxış edəcək. O, 2024-cü ilin yayından paytaxt təmsilçisinin formasını geyinir.

Qeyd edək ki, Georgi Papunaşvili ötən mövsüm "Zirə"nin heyətində 33 qarşılaşmada 7 qol vurub, 3 ötürmə edib.

Seçilən
1
37
report.az

10Mənbələr