AZ

Azərbaycanın müstəqil siyasət yürütməsi Rusiyanı narahat edir

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiyanın Azərbaycana və azərbaycanlılara qarşı sərgilədiyi mövqenin və aqressiyasının arxasında dayanan səbəb Rusiyanın ambisiyalarıdır. Azərbaycanın müstəqil siyasət yürütməsi, ayrı-ayrı güclərin maraqlarından deyil, öz maraqlarından çıxış edərək addımlar atması Rusiyanı narahat edir".Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, müxtəlif yollarla ölkəmizə qarşı təzyiqlər həyata keçirməyə cəhdlər olunur:"Rusiya məhz onun maraqlarına xidmət edən, Kremlin siyasətini dəstəkləyən, addımlarını Rusiya ilə razılaşdıran, sözə baxan və asılı Azərbaycan görmək istəyir. Bunun baş verməsi üçün də müxtəlif vasitələrdən istifadə edir. Əvvəl, yəni 30 ildən artıq bir dönəmdə bunun üçün “Dağlıq Qarabağ” kartından istifadə olunurdu və separatçı rejimdən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunurdu. İndi bu təzyiq vasitəsi ortadan qalxdığı üçün daha aqreesiv metodlardan istifadə edir".Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
32
newscenter.az

10Mənbələr