ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin məşhur müğənnisi Onur Akay infarkt keçirib.
News24.az xəbər verir ki, bu barədə sənətçinin qardaşı Orçun Akay məlumat verib.
Orçun Akay sevənlərindən qardaşı üçün dua etmələrini xahiş edib:
"Qardaşım Onur Akayı huşunu itirməsi səbəbindən təcili xəstəxanaya apardıq. Əvvəlcə səbəbin təzyiq olduğunu dedilər, lakin sonra infarkt keçirdiyi məlum oldu. Xahiş edirəm dualarınızı əsirgəməyin".
Qeyd edək ki, müğənni hazırda reanimasiyadadır. Vəziyyətinin ağır olduğu bildirilir./savashmedia
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.