AZ

Araz Naxçıvan ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İyulun 5-dən Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Araz-Naxçıvan"ın yoxlama oyunlarındakı rəqibləri açıqlanıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi hər 3 matçda Türkiyə klubları ilə qarşılaşacaq.

İyulun 9-da "Bayburtspor"la üz-üzə gələcək Elmar Baxşıyevin çalışdırdığı kollektiv bundan 2 gün sonra Türkiyənin elita komandası "Alanyaspor"la qüvvəsini sınayacaq. "Araz-Naxçıvan" üçüncü matçını iyulun 17-də keçirəcək. Bu dəfə rəqib Super Liqanın digər təmsilçisi "Trabzonspor" olacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
50
fanat.az

10Mənbələr