2022-ci ildə Şimali İraqın Zap bölgəsində şəhid olan və 3 ildir cəsədi tapılmayan baş leytenant Nuri Melih Bozkurtun sosial mediada üzə çıxan son WhatsApp mesajı hər kəsi kövrəldib.
News24.az bildirir ki, sosial mediada şəhid Bozkurtun 28 aprel 2022-ci il tarixində paylaşdığı WhatsApp statusu gündəm olub.
Statusda aşağıdakı misralar yer alıb: “Öz torpağımda qəribəmmi? Məni bir küncə atanlar utansın! Qurd baş əymədiyi üçün xor baxanlar, İti uca tutanlar utansın!”
Bu misralar məşhur şair Əli Kınıkın “Şeytan utansın” adlı şeirindən götürülüb.

