AZ

“Artıq yetər!” – Melisa Berberoğlu keçmiş sevgilisini məhkəməyə verdi!

“Artıq

Tanınmış aktrisa Melisa Berberoğlu, keçmiş sevgilisi aktyor Celil Nalçakanın onu narahat etməsinə daha dözə bilməyib və məhkəməyə üz tutub.Berberoğlu İstanbul Ailə Məhkəməsinə təqdim etdiyi ərizədə bildirib ki, Nalçakan ayrılıqdan sonra israrla onun arxasınca düşüb və bu davranışını həm sosial şəbəkələr, həm də digər rabitə vasitələri ilə davam etdirib.“Sabah” qəzetindən Armağan Yılmazın məlumatına görə, Berberoğlu Nalçakanın ayrılığı qəbul edə bilmədiyini, həm özünü, həm də yeni sevgilisini hədəf aldığını deyib və bu səbəbdən narahatlıq keçirdiyini bildirib. O, məhkəmədən qoruyucu tədbir tələb edib.İstanbul Ailə Məhkəməsi bu tələbi yerində sayaraq, Nalçakana 2 ay müddətinə qoruyucu tədbir tətbiq edib. Bu qərara əsasən, Celil Nalçakan Melisa Berberoğluna yaxınlaşa bilməz, heç bir rabitə vasitəsilə əlaqə saxlaya, hədələyici və ya təhqiredici ifadələr işlədə bilməz.Ulusum.az

Diqqət Çəkənlər

Lahıc – Daş Divarlar Arasında Gizlənmiş Keçmiş - VİDEO

Uzun öpüşlərin təhlükəsi: Herpes, göbələk, hepatit B və daha nələr

Euronews Georgia-nın qurucusu Ramişviliyə 10 il həbs cəzası təhlükəsi

Seçilən
90
50
ulusum.az

10Mənbələr